Abşeron rayon prokurorluğu Abşeronda baş verən qətllə bağlı məlumat yayıb

15:57 24.08.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Arvadını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub.

Abşeron rayon prokurorluğundan hafta.az-a verilən məlumata görə, avqustun 24-ü Abşeron rayonu ərazisində 1998-ci il təvəllüdlü Səkinəxanım İsakovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1993-cü təvəllüdlü Elnur Musayevin aralarında yaranmış mübahisə zamanı arvadı Səkinəxanım İsakovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Elnur Musayev hadisədən sonra könüllü olaraq istintaqa təslim olub və prokurorluğun qərarı əsasında şübhəli şəxs qismində tutulub.

Fakta görə Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.